Hindistanın Mərkəzi Bankının rəhbəri Şaktikanta Das "Bloomberg"ə bildirib ki, ölkəsi vahid BRICS valyutası yaratmaq niyyətində deyil.
EDnews xəbər verir ki, Dasın sözlərinə görə, təşkilat üçün vahid valyutanın yaradılması ideyası blokun üzvlərindən biri tərəfindən irəli sürülüb.
"Hələki heç bir qərar verilməyib. Coğrafi cəhətdən bağlı avrozonadan fərqli olaraq, biz ölkələrin coğrafi heterojenliyini də yadda saxlamalıyıq", - Hindistan Mərkəzi Bankının qubernatoru bildirib.
Das vurğulayıb ki, Hindistan hazırda baş nazir Narendra Modinin siyasətinin bir hissəsi olaraq transsərhəd ödənişlərdə rupinin istifadəsini artırmağa çalışır.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp daha əvvəl deyib ki, BRICS ölkələri öz valyutalarını yaratmaq planından əl çəkməsələr, 100% rüsum tətbiq edəcək. Daha sonra Cənubi Afrika Xarici İşlər Nazirliyinin nümayəndəsi Kleyson Monaila X sosial şəbəkəsində ABŞ-ın seçilmiş prezidentini tarif təhdidlərini şərh edərkən qeyd edib ki, BRICS ölkələri vahid valyuta yaratmağı planlaşdırmır.