AZ

"Bayern" futbolçusunu satacaq? - Üç müştərisi var

Almaniyanın üç klubu transfer hüquqları "Bayern Münhen"ə məxsus olan yarımmüdafiəçisi Paul Vannerə elçi düşüb.

Fanat.Az xəbər verir ki, məlumatı "tanınmış insayder Florian Plettenberq yayıb. 

Vannerlə "Bayer Leverkuzen", "Ayntraxt Frankfurt" və "Leypsiq"in maraqlandığı bildirilir. 

Son çempion yarımmüdafiəçinin transferini gələn yayda reallaşdırmaq niyyətindədir. 

Paul Vanner cari mövsümü icarə əsasında “Heydenhaym”da keçirir və o, sözügedən komandada 18 oyuna çıxaraq 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
10
fanat.az

1Mənbələr