AZ

Gürcüstanda küçədə maska taxmaq qadağan edilə bilər –TBİLİSİDƏ ÖZÜNÜ ŞÜBHƏLİ APARAN DƏSTƏLƏR PEYDA OLUB

“Gürcüstanda küçədə maska taxmaq qadağan edilə bilər”.

 

Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

 

Bu, müxalifət kanalı “TV Pirveli”nin jurnalistlərinə qarşı naməlum şəxslərin hücumu ilə bağlıdır (Bax: https://senzor.az/uzbeuz/45503-tbiliside-etirazlarin-10-cu-gunu-jurnalistlere-ve-muxalifetin-ofisine-vehsicesine-hucum-.html).

 

 

“Mən şəxsən küçədə maska taxmağın qadağan edilməsi təşəbbüsünü irəli sürəcəyəm. Siz görürsünüz, mitinqlər zamanı nə qədər problem yaranır. Aksiyalarda polislərə daşlar atılır, amma biz daş atanların kim olduğunu bilmirik. İndi kimsə üzündə maska ilə jurnalistə hücum edib, onu ya tapacağıq, ya da yox. Əminəm ki, mənim həmkarlarım, çoxluğun nümayəndələri, bu qadağanı dəstəkləyəcəklər”, - deyə M.Mdinaradze “Imedi” kanalına bildirib.

Seçilən
14
12
senzor.az

10Mənbələr