AZ

Koman ''Qalatasaray''ın stadionundakı atmosfer haqda nə dedi?

''Bavariya'' və Fransa yığmasının ulduzu Kinqsli Koman son müsahibəsində ''Qalatasaray'' fanatlarını tərifləyib.

O, oynadığı ən çılğın atmosferə malik stadionla bağlı suala belə cavab verib:

''Ötən mövsüm ''Qalatasaray''ın stadionunda oynamışdıq və inanılmaz bir gurultu var idi. Özü də çılğın bir gurultu. Top bizim oyunçulara keçəndə fit səsindən qulaq batırdı. Hətta komanda yoldaşlarımızla bir-birimizi eşitməkdə belə çətinlik çəkirdik. Amma düzünü desəm, xoşuma gəldi. O atmosferi sevdim. Həm də oyun mənim üçün uğurlu alındı. Qol vurdum, qalib gəldik və oyunun ən yaxşısı seçildim. ''Seltik'' və ''Benfika''nın stadionundakı atmosferi də bəyənmişdim''.

Komanın haqqında bəhs etdiyi oyun ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində baş tutmuşdu. ''Bavariya'' Komanın hesabı açdığı oyunda ''Qalatasaray''ı 3:1 məğlub etmişdi. 28 yaşlı vinger bu mövsüm Münhen nəhəngində 18 oyunda 4 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.

ƏLİ
Seçilən
17
football-plus.az

1Mənbələr