AZ

Əsədin başına 10 milyon dollar pul qoyuldu...

Image

Noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra Bəşər Əsəd rejimi Hələb, İdlib və Həmadan başlayaraq bir çox bölgədə nəzarəti itirib.

Nəhayət, paytaxt Dəməşqdə xalqın küçələrə çıxması ilə rejim qüvvələri dövlət qurumlarından və küçələrdən geri çəkilməyə başlayıb, rejim əleyhdarı qruplar isə şəhər mərkəzində nəzarəti ələ keşirib. 61 illik qanlı Baas rejimi və 53 illik Əsəd ailəsinin hakimiyyəti sona çatıb.

Bəşər Əsəd hökumətinin baş naziri Məhəmməd Qazi əl-Celali sosial media hesabında paylaşdığı videomüraciətində, Suriyada xalqın seçdiyi hökumətlə işləməyə və hər cür dəstəyi verməyə hazır olduqlarını bəyan edib.

"Suriya bütün suriyalılarındır. Bu ölkə normal bir ölkə ola bilər, bu ölkə qonşuları və dünya ilə yaxşı əlaqələr qura bilər. Bu seçim Suriya xalqının seçdiyi idarəçiliyə bağlıdır. Biz seçiləcək yeni hakimiyyətlə əməkdaşlıq etməyə hazırıq. Onlara hər cür dəstəyi verəcəyik və dövlət sənədlərini asanlıqla onlara təhvil verməyə hazırıq" - Celali deyib.

Rejim əleyhdarı silahlı qruplaşma Heyət Təhrir əl-Şamın (HTŞ) lideri Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Culani) sosial mediadan xalqa səslənərək Dəməşqdəki dövlət qurumlarına yaxınlaşmamaq barədə xəbərdarlıq edib: “Bu qurumlar rəsmi olaraq təhvil verilənə qədər köhnə Baş nazirin nəzarətində olacaq. Havaya atəş açmaq da qadağandır".

Bu arada, o da məlum olub ki, Əsədin başına pul mükafatı qoyulub. Müxalifətin Suriyanı tərk etdiyi iddia edilən Əsədin tutulmasına kömək edənlərə 10 milyon dollar verəcəyini bildirdiyi iddia edilir.

Səhərə yaxın Dəməşqdən Latakiya istiqamətində bir uçuş olub. Rusiya mediası Bəşər Əsədi daşıdığı iddia edilən təyyarənin Dəməşqdən havaya qalxdıqdan sonra Homs şəhəri ərazisində radarlardan itdiyini iddia edib. İnternetdə uçuş izləmə saytlarında son dəfə Dəməşq hava limanından qalxdıqdan sonra Homsun qərbində görülən, lakin daha sonra itən təyyarənin Əsədi daşıdığı iddia edilir.

TAHİR





Seçilən
51
1
baki-xeber.com

1Mənbələr