AZ

Dərinin rəngi insanın xəstəliklərini göstərir 

Üz dərisinin rəngində qəfil dəyişiklik müxtəlif sağlamlıq problemlərindən xəbər verə bilər.

Bu, kiçikdən ciddi patologiyalara qədər çox şeyi əhatə edir. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" saytı əczaçı Niam Makmilana istinadən yazıb.

Bir insanın üzü ürəkbulanma, narahatlıq və ya virus infeksiyası səbəbindən yaşılımtıl rəngə çevrilə bilər. Nadir hallarda mavi-boz-yaşıl rəng tənəffüs və ya ürək problemlərini göstərir.

Şiddətli solğun dəri anemiya, yorğunluq və ya bədənin aşağı təzyiqə, susuzluğa və ya şoka reaksiyasının göstəricisi ola bilər. Sarımtıl dəri sarılıq, qırmızı rəng isə yorğunluq, yüksək qan təzyiqi olduğunu göstərir.

phrase_var_article.chosen
51
cebheinfo.az

1phrase_var_article.sources