Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun xanımı Samirə Qasımlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən sorğuya cavab olaraq xəbər təsdiqlənib və bildirilib ki, o, yenidən araşdırmaya çağırılıb.
***
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının nədə təqsirli bilindiyi bəlli olub.
APA-nın məlumatına görə, o, 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Onun vəkili Aqil Layıc bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.