1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası dekabrın 8-ni ölkədə milli bayram elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Koalisiya 61 illik Bəəs rejiminin süqutunu və Suriyanın Bəşər Əsədin hakimiyyətindən qurtuluşunu vurğulayıb.
"Bu gün şəhidlərin, qurbanların, məhbusların, köçkünlərin və məzlumların qələbə günüdür", - müxalifətin bəyanatında deyilir.
Koalisiya hakimiyyətin keçid administrasiyasına verilməsi prosesini tamamlamaq üçün işləri davam etdirəcəklərini və yeni Suriyanın inşasında bütün ölkələrlə strateji əməkdaşlığa hazır olduqlarını bildirib.