AZ

Netanyahu Suriyadakı vəziyyətlə bağlı xüsusi açıqlama verib –"Əsədin devrilməsi yeni imkanlar açır"

İsrailin baş naziri Benyamin Netanyahu Suriyadakı vəziyyətlə bağlı xüsusi açıqlama verib.

Azpost.info bildirir ki, Netanyahu bəyan edib ki, mehriban qonşuluq siyasətini davam etdirəcəklər: “İsrail üçün Əsədin devrilməsi yeni imkanlar açır, həm də risklər yaradır. Bizim əsas vəzifəmiz sərhədləri qorumaqdır. Əvvəllər 1974-cü il müqaviləsinə əsasən bufer zona olan ərazi Suriya qoşunlarının mövqelərini tərk etməsi ilə bu statusunu itirdi. Dünən mən müdafiə naziri ilə birlikdə və Nazirlər Kabinetinin dəstəyi ilə İD-yə bufer zonasını və mühüm strateji mövqeləri tutmağı tapşırmışam. Sərhədlərimizdə düşmən qüvvələrin güclənməsinə imkan verməyəcəyik”.

Baş nazir deyib ki, Colanda səhra xəstəxanası yaradılıb və burada minlərlə yaralı suriyalıya yardım göstərilib. Burada İsraildə yüzlərlə suriyalı uşaq doğulub.

“Biz dostlara və qonşulara, o cümlədən druzlara, qardaşlarımıza sülh əlini uzadır, həmçinin İsraillə sülh içində yaşamaq istəyən kürdlərə, xristianlara və müsəlmanlara dəstəyimizi bildiririk. Vəziyyətin inkişafını diqqətlə izləyəcək, sərhədlərimizi və ölkənin təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcəyik”.

Seçilən
35
azpost.info

1Mənbələr