“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqaard ilk dəfə ata olub.
OXU24.COM xəbər verir ki, norveçli futbolçunun oğlu dünyaya gəlib. Bu barədə futbolçunun özü sosial şəbəkədə məlumat verib.
“01/12/2024. Biz səni çox sevirik, balaca balamız”, – cütlük yazıb.
Yeni doğulan körpənin adı açıqlanmır. Bu ilin noyabrında məlum olub ki, Martin Odeqaard və sevgilisi Helen gizli şəkildə evləniblər və uşaq dünyaya gətirəcəklər.
Martin və Helen münasibətlərini 2023-cü ildə ictimaiyyətə açıqlamışdı.
Qeyd edək ki, Martin Odeqaard topuq biləyindən aldığı zədə səbəbindən iki aylıq fasilədən sonra bir neçə həftə əvvəl meydana qayıdıb.