AZ

"Qalatasaray" yenə qalib gəldi

Türkiyə Superliqasının 15-ci həftəsində "Qalatasaray" səfərdə "Sivasspor"la qarşılaşıb.   Manset.az Oxu.az-a istinadla xəbər verir ki, "sarı-qırmızılılar" 16-cı dəqiqədə Metehan Baltacının qırmızı vərəqə almasından sonra 10 nəfərlə qalsalar da, meydanı 3:2 hesablı qələbə ilə tərk etməyi bacarıblar. Qarşılaşmanın 25-ci dəqiqəsində Qarri Rodrigesin qolu ilə "Sivasspor" 1:0 önə keçib. Lakin 36-cı dəqiqədə "Sivasspor"un qapıçısı Nikoliçin səhvindən istifadə edən "Qalatasaray" Yunus Akgünün vurduğu qolla hesabı bərabərləşdirib. İlk hissənin əlavə dəqiqələrində penaltini qola çevirən Viktor Osimhen "Qalatasaray"ı 2-1 önə keçirib. Qalatasaray" ikinci hissədə Barış Alper Yılmazın qolu ilə fərqi 2-yə yüksəldib. "Sivasspor" 90+1-ci dəqiqədə hesab fərqini azaltsa da, bu, oyunda son qol olub.

"Qalatasaray" bu qələbə ilə xalını 38-ə yüksəldib və liderliyini davam etdirir. "Sivasspor" isə 18 xalla 10-cu pillədə qərarlaşıb.

Seçilən
27
8
manset.az

10Mənbələr