AZ

Bayden: ABŞ Suriyanın yaratdığı riskləri azaltmaq üçün tərəfdaşlarla çalışacaq

ABŞ administrasiyası Suriyanın yaratdığı riskləri azaltmaq üçün tərəfdaşlar və maraqlı tərəflərlə işləyəcək.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Suriyadakı vəziyyətlə bağlı Ağ Evdə çıxışı zamanı deyib.

"ABŞ Suriyadan gələn mümkün təhdidlər fonunda İsrail, İordaniya, İraq və Livanın rəhbərliyi ilə məsləhətləşmələr aparacaq", - Bayden qeyd edib.

Bayden, həmçinin əlavə edib ki, Vaşinqton İŞİD-ə qarşı mübarizəni davam etdirmək niyyətindədir və onun dirçəlməsinə imkan verməyəcək.

Seçilən
16
3
ikisahil.az

5Mənbələr