Ötən gün Moskvada keçirilən "İlin mahnısı" mükafatlandırma gecəsində xoşagəlməz hadisə yaşanıb.
Paralel.az Axşam.az-a istinadən xəbər verir ki, ŞAMAN adlı müğənni az qala yanğın şousunun qurbanı olacaqmış.
Sənətçi ulduz həmkarları ilə birlikdə məşhur "Песня остается с человеком” kompozisiyasını ifa edərkən səhnədə alov şou başlayıb. Alov sıçırrayaraq onun üstünə düşüb. O, cəsarətli davranaraq alovu söndürüb. Amma ŞAMAN səhnəni tez tərk etməli olub.