AZ

Ərdoğan qalib gəldi: Atatürkün xəritəsi masada - Melkonyan

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Yaxın Şərqdə yeni reallığın yaranması deməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni türkoloq Ruben Melkonyan yazıb.

O bildirib ki, Əsəd hökumətinin devrilməsindən və türkiyəyönlü silahlı qrupların ildırımsürətli qələbəsindən sonra aşağıdakıları söyləmək və proqnozlaşdırmaq olar:

1. Bu, Böyük Yaxın Şərqin yenidən formalaşdırılması və transformasiyası mərhələlərindən biridir, lakin sonuncu deyil;

2. Bu, qlobal və regional reallıqların və qüvvələr balansında dəyişikliklərin praktik müstəvidə və real siyasi zəmində təsbit edilməsidir;

3. Bu, Türkiyə-Rusiya-İran üçlüyündə digər ikisinin bahasına Türkiyənin real qələbəsi və nailiyyətidir;

4. Bu, Türkiyənin rolunun və nüfuzunun artması və əksinə, Rusiya və İranın imicinin aşağı düşməsi, yaxın gələcəkdə daha da azalma tendensiyası olan təsir imkanlarının zəifləməsidir;

5. Türkiyənin hazırda açıq-aşkar siyasətləri sayəsində reallığa çevrilən açıqlamalarında tarixin müxtəlif mərhələlərinə və vəziyyətlərə istinadlar açıq şəkildə özünü göstərir;

6. Rusiya və İranın bəyanatları, təhdidləri və real hərəkətləri, addımları getdikcə bir-birindən uzaqlaşaraq, səmərəsiz və köhnə ritorikaya çevrilir və Əsəd ordusunun döyüşmədiyi, ona görə də heç nə edə bilmədiyi haqda “bəraətlər” şişirdilir. Bu, 44 günlük müharibədən sonra “Ermənistan Qarabağın müstəqilliyini tanımadı və biz heç nə edə bilmədik” ifadəsinə bənzəyir;

7. Hadisələr göstərəcək ki, yeni Suriya Türkiyənin birbaşa və güclü təsiri altında olan bir ölkə olacaq, yoxsa onun bəzi əraziləri “xalqın iradəsi ilə” de-yure dövlət kimi Türkiyəyə birləşəcək.

8. Ərdoğan daha bir böyük qələbə qazandı və səhhəti və ondan asılı olmayan digər hallar mane olmasa, bu, ona yenidən prezident seçilmək üçün real şans verəcək;

9. Ərdoğan da 1920-ci ilə doğru əməli addım atdı. Kamal Atatürkün təklif etdiyi “Milli Pakt” xəritəsi, ona görə Hələb və digər Suriya əraziləri Türkiyənin bir hissəsi olmalıdır;

Bütün bunların Ermənistana və ermənilərə təsirini təqdim etməyə çalışacağam:

1. Əsədin Suriyasının süqutu Azərbaycanda, xüsusən də digər iki oyunçu olan İran və Rusiyanın siyasi nüfuzunun aşağı düşməsi fonunda “türk yazısını” köçürmək və istifadə etməklə problemlərini həll etmək mentalitetində, şübhəsiz ki, həyəcan yaradacaq;

2. Ermənistan üçün dost ölkə olan Suriyanın yerinə açıq-aydın türkiyəyönümlü başqa bir dövlət qurulacaq, lakin müxtəlif gələcək ssenariləri istisna edilmir;

3. Aydındır ki, keçmiş Suriya artıq olmayacaq, ona görə də ermənilərə və Ermənistana münasibətin dəyişməsi, həmçinin Türkiyə üçün həssas mövzuların kənarda qalması da proqnozlaşdırıla bilər. Məsələn, erməni soyqırımı ilə bağlı abidələrin və memorial yerlərin sökülməsi (Suriyadan söhbət gedir – red.);

4. Bir qrup erməninin Suriyada yaşamağa davam edəcəyini və Türkiyə ssenarisində yenidən onların üzərində yeni hakimiyyətin “tolerantlıq” illüziyasının qurulacağını istisna etmək olmaz./axar.az

Seçilən
68
50
bakivaxti.az

10Mənbələr