AZ

Bakıda sexdə yanğın

Bakıda sexdə yanğın olub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının dördmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən sexdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən söndürülüb.

Seçilən
15
20
publika.az

10Mənbələr