AZ

İsrail son 50 ildə ilk dəfə Suriya ərazisinə girdi

Hurriyyet.az xəbər verir ki, İsrail Suriyanın işğal edilmiş Golan təpələri ərazisində yaratdığı bufer zonasından kənara çıxıb. Bu, 1973-cü ildəki Qiyamət günü müharibəsindəndən (1974-cü ildə atəşkəs imzalanıb) sonra İsraili Suriya ərazisinə ilk açıq müdaxiləsidir.

Bu barədə iki nəfər israilli məmur "Nyu-York Tayms" nəşrinə müsahibəsində məlumat verib.

Qəzetin yazdığına görə, İsrail qüvvələri sərhədin Suriya tərəfindəki Hermon dağını və "rayonlar üzərində nəzarət üçün mühüm olan bir neçə digər obyekti" tutublar.

Suriya ordusunun bölgəni tərk etməsindən sonra İsrailin Hermon dağına nəzarəti ələ keçirməsini İsrail və ərəb mətbuatı da xəbər verib.

"Al Arabiya" telekanalı ərəb mənbəyə istinadla bildirib ki, Rusiya Darya vilayətində, bufer zona ilə sərhəddə yerləşən iki obyekti  və müşahidə rəsədxanasını İsrailə verib.

Hürr Tərcüman

Seçilən
31
hurriyyet.az

1Mənbələr