AZ

Cənubi Koreya Prezidentinin ölkədən çıxışı qadağan olundu! - TƏCİLİ

Image

Cənubi Koreya Prezidenti Yoon Sok Yolun ölkədən çıxışına qadağa qoyulub. Bu barədə “Yonhap” məlumat yayıb. Məlumatda deyilir ki, buna səbəb onun ölkədə hərbi vəziyyət tətbiq etmək cəhdi olub. Bildirilib ki, əsas müxalifət Demokratik Partiya prezidentin hərbi vəziyyət tətbiq etməsini "qeyri-konstitusion, qanunsuz qiyam və çevriliş" adlandırıb. Siyasi qüvvələr prezident və keçmiş müdafiə naziri də daxil olmaqla azı 9 nəfər barəsində polisə şikayət edib.
Dövlət başçısı vəzifədə olduğu müddətdə barəsində məhkəmə istintaqı aparılmaması hüququna malik olsa da, bu, qiyam və ya dövlətə xəyanət ittihamlarına şamil edilmir.

Mətləb Salahov






Seçilən
22
2
baki-xeber.com

3Mənbələr