AZ

Dənizin hamilə olduğu üzə çıxdı

Bu il 50-ci dəfə keçirilən Pantene Altın Kelebek-də “Azərbaycanın parlaq ulduzu” nominasiyası üzrə Fəridə Abdulla, aktrisa Dəniz Tacəddin və müğənni Rilaya Hüseynzadə mükafata layiq görüləcək. 

Bu gecə mükafat alacaq Dəniz qırmızı xalı mərasimində OLAY-a özəl müsahibə verib. 

Aktrisa ulduzlarla parlayan gecənin bir hissəsi olduğundan məmnunluq duyduğunu bildirib: 

“Əhvalım gözəldir. Artıq ikinci gündür ki, İstanbuldayıq. Düşünürəm ki, hər bir işdə hər şey yanaşmadan aslıdır. Sevinirəm ki, ilk günlərdən bəri hazırlıq prosesi çox rahat keçdi. Bu təklifi alanda özüm də çox sevindim. Nə gözəl ki, belə məsləkdaşlarımla bu il üçümüz mən, Fəridə və Rilaya “Altın Kelebek”dəyik və bizə gözəl aktrisamız Sənubər İsgəndərli bu mükafatı təqdim edəcək”. 

Redaksiyamızın əməkdaşının “Öyrəndik ki, yaxın zamanda ana olacaqsınız. Sizi təbrik edirik” sözlərinə Dəniz belə reaksiya verib: 

“Təşəkkür edirəm. Özəl həyatımı sosial sahəyə daşımağı sevmirəm. Şəxsi həyatını nə qədər gizli yaşayırsansa, bir o qədər daha yaxşı olur. Bu mənim şəxsi əqidəmdir. Bəli, ana olacağam. Yanvarda bu hadisə baş verəcək”. 

Aktrisa “Bu bir ilkdir ki, hamilə məşhur “Altın Kelebek”də mükafat alacaq” fikirlərinə belə cavab verib: 

“Doğrudan? Bu maraqlı bir araşdırmadır. Şəxsən özüm bu haqda bilmirdim. Bura bir ilklə gəlməyimə sevindim. Üstəlikdə sevinirəm ki, bu necə olmasa da “Altın Kelebek“in yubiley yəni 50-ci buraxılışıdır. Və nə gözəl ki, biz də buradayıq”.

Aktrisa gecəyə geyindiyi libası ilə bağlı bu fikirləri səsləndirib: 

“Mənim hamilə vəziyyətimlə əlaqədar olaraq daha həssas seçim etməyə məcbur qaldım. Uğurlu atelyelərin biri ilə çalışdım. Bir həftənin içində mənə ürəyimcə olan libas tikdilər. Tam əynimə otuzdurdular. Onlara buna görə də təşəkkür edirəm. Əsas da mənim üçün vacib olan amil “Altın Kelebek”də məhz Azərbaycan brendini geyinməyim idi. Bu da nəsib oldu”.

Seçilən
19
olay.az

1Mənbələr