Çin ABŞ-nin Asiya-Sakit okean regionunda orta mənzilli raketlər yerləşdirməsinə qarşıdır.
Bunu Çinin Moskvadakı səfiri Çjan Xanhui deyib.
Diplomatın sözlərinə görə, Vaşinqton “Typhon” sistemlərinin yerləşdirilməsini zorla təbliğ edir. ÇjanXanhui qeyd edib ki, Birləşmiş Ştatlar digər ölkələrin təhlükəsizliyinə hörmət etməlidir.