AZ

İran Suriyada hakimiyyətə gələn qüvvələrə əməkdaşlıq şərtlərini AÇIQLADI

Terrorizmi dəstəkləməkdən imtina, Suriya şiələrinin hüquqlarına hörmət və İsraildən uzaqlaşma İranın Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlığının əsas şərtləridir.

Turkustan.az xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi deyib.

“Bizim Dəməşqdə hökmranlıq edəcək şəxslər və qruplarla münasibətimiz onların İran İslam Respublikası və Suriya şiələrinə qarşı davranış və siyasətindən, eləcə də onların sionist rejimdən (İsraili nəzərdə tutur-red.) və terrorçulardan nə qədər uzaq olacağından asılıdır”, – diplomat İran dövlət televiziyasındakı çıxışı zamanı deyib.

"Müxtəlif fraksiyaları və klanları Suriyanın gələcək hökuməti ilə bağlı razılığa gəlməyə məcbur etmək asan deyil, lakin biz bu prosesi dəstəkləyirik, çünki Suriya xalqının iradəsinin qalib gəlməsini istəyirik", - Araqçi qeyd edib./modern.az

Seçilən
4
3
turkustan.az

4Mənbələr