AZ

Əsəd rejiminin 12 gün içində yıxılmasının arxasında əvvəlcədən hesablanmış dərin analiz dayanır

Suriyada İdlibdən başlayan hücumun 12 gün içində qələbə ilə nəticələnəcəyini və 53 illik Əsəd rejiminin belə asanlıqla yıxılacağını proqnozlaşdırmaq çətin olardı. Belə fikir formalaşmışdı ki, Əsəd illər öncə başlayan müharibədə Rusiya və İranın köməyi ilə hakimiyyətini qoruya bildiyindən gücünü bərpa edə bilib.

Ərəb dövlətləri və Türkiyə də bu reallığı qəbul edərək Əsədlə yenidən təmasların mümkünlüyünü bildirirdilər. Ötən ilin may ayında Əsəd 12 illik fasilədən sonra Ərəb Liqasının Səudiyyə Ərəbistanında keçirilən sammitinə dəvət olundu. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son aylarda Bəşər Əsədlə dialoq imkanlarından danışırdı. Əgər ərəb dövlətləri və Ərdoğan Əsədin bir il sonra yıxılacağını proqnozlaşdıra bilsəydilər, onunla yenidən dialoq qurmağa çalışardılarmı? Çətin.

Fikrimcə, “Heyət Tahrir eş-Şam” (HTŞ) qruplaşmasının uğurlu hərbi əməliyyatına baxmayaraq, Əsəd rejiminin 12 gün içində yıxılmasının arxasında əvvəlcədən hesablanmış dərin analiz dayanır. Bu analizin içində Əsəd hakimiyyətinin gücü, hücum başlayacağı halda xalqın və ordunun özünü necə aparacağı, Rusiya, İran və “Hizbullah”ın rejimə dəstək imkanları hesablanıb. Bu dərin analizin yalnlz HTŞ-ə məxsus olduğu qənaətində deyiləm. Bundan sonra həmin dərin analizin müəllifi və ya müəllifləri Suriyanı maraqlarına uyğun şəkilləndirməyə çalışacaqlar.

Elxan Şahinoğlu

visiontv.az



Seçilən
30
4
visiontv.az

10Mənbələr