Milli Məclisin deputatı, İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova dekabrın 10-da İspaniyanın Madrid şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi dən "Olaylar"a bildirilib ki, deputatımız burada Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçiriləcək və müharibələrin, silahlı münaqişələrin işıqlandırılması üzrə ixtisaslaşmış nüfuzlu ispan fotoqraf Qervasio Sançezin ölkəmizə səfəri zamanı çəkdiyi fotoşəkillərdən və mina qurbanlarının fərdi həyat hekayələrindən ibarət "Səssiz əks-səda: Mina qurbanlarının danışılmamış hekayələri" adlı fotojurnalın təqdimat mərasimində iştirak edəcək.
Səfər çərçivəsində deputat Sevil Mikayılovanın İspaniya Parlamentində bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31