Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin olunub.
"Football-plus.az" xəbər verir ki, o, qadın voleybolçular arasında CEV kubokunun 1/8 finalında “THY İstanbul" (Türkiyə) və “Mbh-Bekeşçaba" (Macarıstan) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.
Dekabrın 10-da İstanbulda keçiriləcək oyunun hakimləri ingiltərəli Dominik Bieqaylo və bosniya və herseqovinalı Mirza Başiç olacaq.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta