1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Narkotiklə bağlı tutulan mütəşəkkil dəstənin daha iki üzvündən 26 kq narkotik vasitə götürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, əvvəllər məhkum olunmuş Rüfət Əhmədov və Abbas Məlikov saxlanılıblar. Onlardan ümumilikdə 26 kiloqram heroin və tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Biləsuvar rayonu, eləcə də paytaxt ərazisində müxtəlif ünvanlardan, əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar.
Saxlanılanların hər biri ölkədə narkotik vasitələrin əsas tədarükçülərindən olub. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.