"2001-ci ildə təxminən 40-a yaxın diplomatik missiyamız var idi. Bu gün 71 səfirliyimiz, 5 daimi nümayəndə, Fələstində 1 təmsilçilik ofisi və 15 konsulluq fəaliyyətdədir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
"İki səfirlik (Liviya və Suriya) məlum olan səbəblərə görə, bir baş konsulluq isə Odessada hazırda fəaliyyət göstərmir", - deyə komitə sədri bildirib.
Anar Kəlbiyev