Bakı. Trend:
Dünyanın müxtəlif yerlərindən nüfuzlu liderlər, ziyalılar vəmütəxəssislər TRT Dünya Forumu 2024 üçün İstanbulda bir arayagəldilər. Bu il 8-ci dəfə keçirilən forum “Qırılma Nöqtəsində BirDünya: Böhran və Transformasiyaların İdarə Edilməsi” mövzusunda29-30 noyabr tarixlərində baş tutdu və qlobal problemlərin həlliyollarını müzakirə etmək üçün önəmli bir platforma olaraq genişdiqqət topladı. Forumda 30-dan çox ölkədən təxminən 150 spiker vədünyanın müxtəlif bölgələrindən 1500-dən çox iştirakçı iki günərzində beynəlxalq həmrəylik və anlaşma mühitini möhkəmləndirməküçün dialoqlara qoşuldu.
TRT World Forum: Qlobal Həllər və TransformasiyalarPlatforması
Dünyanın müxtəlif yerlərindən siyasətçilər, jurnalistlər,akademiklər, həmçinin dövlət və özəl sektor nümayəndələribəşəriyyəti təsir edən mühüm məsələləri, o cümlədən geosiyasiböhranlar və süni intellektin cəmiyyətə təsirlərini müzakirə etməküçün bir araya gəldilər. Forum çərçivəsində səkkiz panel sessiyasıvə səkkiz dəyirmi masa müzakirəsi təşkil olundu.
Qlobal media sənayesinin ən nüfuzlu forumlarından biri olan TRTDünya Forumu, İstanbulu beynəlxalq dialoq və həllərin mərkəzinəçevirdi. Bu əhəmiyyətli tədbirin açılış nitqlərini Prezident RəcəbTayyib Ərdoğan, Prezident Administrasiyasının Kommunikasiyaİdarəsinin rəhbəri Fəxrəddin Altun və TRT-nin Baş direktoru MehmetZahid Sobacı etdilər. Tədbir zamanı Prezident Ərdoğana Əl-Əqsaməscidindən ilhamlanmış xüsusi bir sənət əsəri təqdim olundu.
Dünyanın Gələcəyi İstanbulda MüzakirəEdildi
Forumun birinci günü “ABŞ və Aİ üzvlərində 2024 seçkiləri” adlısessiya ilə başladı. Bundan əlavə, “Türkiyənin Gələcək Yolu,”“Medianın Təhrifləri Aşkarlandı” və “Münaqişələrdə İnsanHüquqlarının Kobud Pozuntularına Cavab” kimi mühüm mövzulardasessiyalar keçirildi. Forum qlobal mediada geniş maraq oyadaraq,beynəlxalq həll çağırışlarının mərkəzinə çevrildi.
Forum siyasət, akademiya və media sahələrindən tanınmışsimaları, həm milli, həm də beynəlxalq arenada məşhur olanspikerləri bir araya gətirdi. Əhəmiyyətli iştirakçılar arasındaXorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Livanın İnformasiyanaziri Ziyad Makari, Litvanın sabiq prezidenti Daliya Qribauskayte,Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziriMurat Kurum, Xarici İşlər naziri Dr. Hakan Fidan, Sənaye vəTexnologiya naziri Mehmet Fatih Kacır, Xəzinə və Maliyyə naziriMehmet Şimşək, BMT-nin Ukraynada İnsan Hüquqlarının MonitorinqMissiyasının rəhbəri Danielle Belle, Avropa Parlamentinin sabiqüzvü Elmar Brok və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzayer aldı.