AZ

Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar dəyişir

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərara dəyişiklik edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan bir sıra qanunlar və məcəllələrdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Bu qərarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarın təqdim edilməsinə bərabər tutulur.

Seçilən
20
7
operativmm.az

10Mənbələr