1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bəşər Əsədə və ailəsinə siyasi sığınacaq verilməsi barədə qərarı Rusiya Prezidenti Vladimir Putin qəbul edib".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Əlbəttə ki, belə qərarlar dövlət başçısı olmadan qəbul edilə bilməz. Bu onun qərarıdır", - deyə Kremlin nümayəndəsi bildirib.
O, həmçinin Suriyadakı Rusiya bazalarının taleyi məsələsinə münasibət bildirib.
"Rusiyanın Hmeymim və Tartusdakı bazalarının saxlanılması barədə danışmaq hələ tezdir, bu, Suriyanı idarə edəcək şəxslərlə müzakirə mövzusudur", - deyə Peskov bəyan edib.