AZ

“Əsəd iki cangüdəni ilə…” - Bu görüntülər trend oldu

Suriyada 13 ildir davam edən vətəndaş müharibəsinin gedişatı 27 noyabrda “Heyət Təhrir əş-Şam”ın (HTŞ) başçılıq etdiyi müxalif qrupların başlatdığı hücumlarla sürətlə dəyişib. Rejim əleyhinə qüvvələr dekabrın 7-nə keçən gecə paytaxt Dəməşqə daxil olub. Suriya lideri Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyaya sığınıb.

News24.az xəbər verir ki, bütün dünya bölgədə baş verənləri yaxından izlədiyi bir vaxtda Diyarbəkirdə çəkilmiş bir görüntü qısa zamanda sosial mediada trend olub. Bəşər Əsədə bənzərliyi ilə diqqət çəkən şəxsin Diyarbəkirin Silvan rayonunda telefon mağazasından çıxdığı anlar bir nəfərin kamerasına tuş gəlib.

Bəşər Əsədə oxşayan şəxsin küçədə gəzdiyi anları lentə alan vətəndaş “Əsəd iki cangüdəni ilə telefon mağazasından çıxdı. Bəli, indi gəzirlər” deməsi diqqətdən yayınmayıb.

Aynurə

Seçilən
69
50
news24.az

10Mənbələr