AZ

100 mindən çox avtomobil utilizasiyaya verilməlidir— AÇIQLAMA

İndiyədək ölkədə 40-a yaxın nəqliyyat vasitəsi utilizasiyaya verilib. "Təmiz şəhər" ASC-dən bildirilib ki, 10-dan çox ərizəçiyə təsdiqedici sənədlər üzrə birdəfəlik ödənişlər həyata keçirilib. Utilizasiya prosesinə bu ilin noyabr ayında başlanılıb. 

Nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında deyib ki, utilizasiya prosesi dövlətin müvafiq qanunla müəyyən etdiyi bir prosesdir:

"40 dənə nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi heç nəyi dəyişmir. Bu prosesə hər kəsin ciddi yanaşması lazımdır, xüsusən də köhnə avtomobilləri olanların. Bəzi vətəndaşlar narazılıq edir ki, verilən məbləğ çox azdır, avtomobilin dəyərindən aşağıdır. Ancaq dövlət imkan yaradıb ki, avtomibilin yararlı ehtiyat hisslərini alqı-satqı yerlərində sata bilərlər və ya əsas elementlərini çıxara bilərlər. Əsas odur ki, avtomibilin sənədlərini və kuzovunu gətirib təhsil versinlər. Beləliklə müəyyən məbləği kompensasiya etmə olar". 

Ekspert qeyd edib ki, lakin elə nəqliyyat vasitələri var ki, istismara yaralı deyil:

"Şüşələri bərbad vəziyyətdə, işıqları yanmır, görünüşü tər-töküntü. Belə nəqliyyat vasitəsini də istifadə edib 1500-3000 manata razılaşmamaq da düzgün deyil. Düzdür, belə avtomobillər bəzi insanların qazanc yeri, son ümididir. Bəziləri köhnə avtomobillə dəmir daşıyır və s. Amma düşünmək lazımdır ki, istismara yararsız nəqliyyat vasitəsi bir gün insanın canı bahasına gələ bilər. Ona görə də dövlət təhlükəsizlik baxımından qadağan edib bunların istifadəsini. Araşdırsaq bu gün ölkədə bəlkə də utilizasiyaya verilməli 100 mindən çox avtomobil var".

Törə Zeynallı
Demokrat.az
Seçilən
19
2
demokrat.az

3Mənbələr