2024-cü ilin yekunları üzrə dünya reklam sənayesinin ümumi gəliri tarixdə ilk dəfə 1 trilyon ABŞ dollarını üstələyəcək.
Bu barədə “EDnews" “GroupM” agentliyinin hesabatına istinadən məlumat verir.
Məlumata görə, 2025-ci ildə gəlirlərin daha 7,7 % artaraq 1,1 trilyon ABŞ dollarına çatacağı gözlənilir.
Ekspertlər bunu rəqəmsal texnologiyaların inkişafı və səmərəli media planlaşdırması ilə əlaqələndirirlər.
Analitiklərin fikrincə, reklam bazarının artım tempi 2029-cu ilə qədər sürətlənməyə davam edəcək ki, bu da sənaye qarşısında yeni imkanlar açır.