Olaylar.az-ın məlumatına görə, R.R.Arrindell deyib ki, Prezident İlham Əliyevin bəyanatı Sint Martində böyük rezonans doğurub.
O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu hər zaman onların çatdırmaq istədiyi mesajların yayılmasına kömək göstərib:
"Biz sizin Prezidentinizə COP29-da verdiyi bəyanata görə təşəkkür edirik. Mən bunu bilmirdim, orada deyildim, qayıtdıqdan sonra eşitdim ki, Azərbaycan Prezidentinin bəyanatı Sint Martində böyük rezonans doğurub. Biz bunun üçün minnətdarıq, çünki artıq bu bəyanatın bəzi nəticələrini görürük və daha böyük təsirlərin olacağını gözləyirik. Buna əminik!". /Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31