AZ

Torpaq icarəsi vergidən azad olunur - Bu sahibkarlara nə verəcək? (ŞƏRH)

Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə görə, gələn il hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqı ƏDV-dən azad olunacaq. 

Bəs bu dəyişiklik sahibkarlara nə verəcək? 

Mövzu ilə bağlı Valyuta.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib ki, bu dəyişiklik sahibkarların öz vəsaitlərinə qənaət etməsinə, qalan pullarını digər bizneslərinə yönəltməsinə, inkişaf etidrilməsinə şərait yaradacaq:

“Məlum olduğu kimi, xüsusən dövlət mülkiyyətində olan torpaq sahələrini sahibkarlar icarəyə götürən zaman əsas məbləğlə yanaşı ƏDV məbləğini də ödəyirdilər. Bu isə bəzi sahibkarlara bir qədər az vəsait, xüsusi ilə də ƏDV ödəyicisi olmayan sahibkarların daha az məbləğ ödəməsinə şərait yaradır. Hansısa sahibkar ƏDV ödəyicisi deyilsə, dövriyyəsi 2000 manata qədər olan mənfəət vergi ödəyiciləridirsə, onlar torpaq icarəsi zamanı həm də əlavə olaraq ƏDV ödəmək məcburiyyətində idilər. Bu dəyişiklikdən sonra isə onlar götürdükləri torpağın bazara uyğun icarə dəyərini ödəyəcək”.

Ekspert deyib ki,  bu qərar ƏDV-si olan sahibkarlara təsir etməyəcək:

“Çünki onlar ƏDV-ni əvəzləndirmə yolu ilə ödəməni həyata keçirirdilər. Hər bir halda sahibkarlar üçün mühim göstəricidir. Çünki torpaq icarəsinə görə ödənilən ƏDV məbləği ümumiyyətlə az olur. Bu da sahibkarların vəsaitlərinin digər bizneslərinə yönəltməsinə, inkişaf etidrilməsinə müsbət təsir göstərəcək”. 

Davud

Seçilən
30
1
valyuta.az

2Mənbələr