AZ

Daniel Olmo matç zamanı dişini sındırdı - Video

İspaniya La Liqasının 16-cı turunun “Betis”lə səfər oyunu (2:2) “Barselona”nın yarımmüdafiəçisi Daniel Olmo üçün düşərli olmayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, Olmo “Betis”in ispan yarımmüdafiəçisi Serxi Altimira ilə toqquşşaraq, dişini sınıdırb.

Mənbənin məlumatına görə, Olmo meydanda diş qapağını axtararkən oyunun baş hakimi Alexandro Munyis Ruis hətta oyunu dayandırıb. İspan futbolçunu diş qapağını ot örtüyü üzərində tapıb və bundan sonra “məyusluqdan” onu meydana atıb.

“Barselona” Daniel Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsi 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Olmo cari mövsümdə “Barselona”nın heyətində 12 oyuna çıxıb, 6 qola imza atıb.

Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 41 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.

Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.

Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
5
1
arena.az

2Mənbələr