AZ

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsparta şəhərində baş vermiş helikopter qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə XİN "X" hesabında paylaşım edib.

"Qardaş Türkiyənin İsparta şəhərində helikopterin qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması xəbəri bizi çox sarsıtdı və dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı veririk" - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, İspartada iki helikopterin toqquşması nəticəsində 6 nəfər həlak olub.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
19
9
teleqraf.com

10Mənbələr