AZ

İçdiyimiz sular necə analiz olunur?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Qida gözətçisi" layihəsinin ilk buraxılışı yayımlanıb. Videoformatda olan layihədə istehlak üçün nəzərdə tutulan qablaşdırılmış suların analizlərindən bəhs olunub.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında içməli suyun təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə müasir standartlara uyğun analizlər həyata keçirilir. Videoda içməli suyun mikrobioloji, radioloji, habelə tərkibindəki ağır metalların təyini, toksikoloji müayinələri haqqında ətraflı məlumat verilib. Habelə, içməli suyun etiket məlumatlarının doğruluğu məsələsinə də toxunulub. Laboratoriyada suyun tərkibi və keyfiyyətinin etiketdə göstərilən məlumatlarla müqayisə edilərək, uyğunluğunun yoxlanılması prosesi barədə danışılıb. Analizlər AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyasında aparılıb.
Qeyd edək ki, "Qida gözətçisi" layihəsi qida məhsullarının analizinin qeyri-peşəkar və absurd yollarla deyil, yalnız laboratoriya şəraitində müasir standartlara uyğun, elmi əsaslarla aparılmasının vacibliyinə diqqəti çəkmək məqsədi daşıyır. Belə ki, hansısa məhsulun xarici görünüşünə baxmaqla, yaxud primitiv üsullarla analiz etməklə onun təhlükəsizliyi və keyfiyyəti barədə fikir söyləmək olduqca yanlışdır. Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti barədə yekun rəy bildirmək onun laboratoriya şəraitində müayinəsindən sonra mümkündür. Layihədə sudan əlavə, yağ, kolbasa, pendir, bal və s. bu kimi gündəlik istifadə olunan qida məhsullarının laboratoriya şəraitində müasir standartlara uyğun analizi istehlakçılara təqdim olunacaq.
Seçilən
43
3
oxu.az

5Mənbələr