AZ

Hacıqabul Sənaye Parkının genişləndirilməsinə sərf olunan məbləğ açıqlanıb

Bakı. Trend:

Hacıqabul Sənaye Parkının genişləndirilməsi üçün ayrılmış 40.0hektar torpaq sahəsində infrastrukturun yaradılması üzrə tikintiişlərinə başlanılır.

Bu barədə Trend dövlət satınalmalarının vahid internetportalından məlumat əldə edib.

Məlumata görə, artıq bununla bağlı “Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MəhdudMəsuliyyətli Cəmiyyəti (MMC) hazırlıqlara başlayıb.

MMC sözügedən işlərin icrasını "Protean Construction" AçıqSəhmdar Cəmiyyətinə həvalə edib və onunla dəyəri 7.999.998,75 AZN(7 milyon 999 min 998 manat 75 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, "Protean Construction" Açıq Səhmdar Cəmiyyəti(ASC) 20027-ci ildə “Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2”Açıq Səhmdar Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb. ASC 2017-ciildə isə rebrendiq edərək "Protean Construction" Açıq SəhmdarCəmiyyəti kimi növbəti dəfə dövlət qeydiyyatından keçib. Nizamnaməkapitalı 160672 manat olan şirkətin qanuni təmsilçisi TəhməzovMəhəmməd Ağca oğludur.

Məqalədə:
Seçilən
29
3
az.trend.az

5Mənbələr