AZ

Almaniya Aİ-yə Trampla Ukrayna ilə bağlı saziş bağlamağı təklif etdi

Bundestaqın Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Rot Avropa İttifaqını ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Ukraynaya gələcək dəstək haqqında saziş bağlamağa çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə "Rheinische Post" yazıb.

Rot xatırladıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti Kiyevə gələcək hərbi yardım və ya Vaşinqtonun NATO-da qalıb-qalmayacağı ilə bağlı heç bir məcburi bəyanat verməyib.

“Avropa nəhayət strateji hücuma keçməli və Trampa sövdələşməni təklif etməlidir: Aİ və Avropa dövlətləri Ukraynanın maliyyələşdirilməsini tamamilə öz üzərinə götürəcək – Avropa dövlətlərinin hələ ki, malik olmadığı hərbi texnika ABŞ tərəfindən Ukrayna üçün alınacaq”, deyə deputat bildirib.

Bundan əvvəl NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı, istefada olan amerikalı general Ceyms Stavridis xəbərdarlıq etmişdi ki, Donald Tramp vəzifəyə gəldikdən sonra Avropa ölkələrini Ukraynanın maliyyələşdirilməsi ilə bağlı problemləri müstəqil həll etməyə məcbur edə bilər. Onun fikrincə, Tramp administrasiyası Ukrayna böhranı ilə məşğul olmaq istəməyəcək. Bu baxımdan, onun Kiyev və Moskva münaqişəsinə yanaşması Avropa güclərinin bu problemlə müstəqil şəkildə məşğul olmasını tələb etməkdən ibarət ola bilər.

Samir
 

Seçilən
38
1
hit.az

2Mənbələr