Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədin Türkiyə ilə dialoqdan imtina etməsi səbəbindən ölkədə hakimiyyətini itirdiyini bildirib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Əsəd Ankaranın dialoq çağırışını rədd edib.
Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə Suriyada sabitliyin bərqərar olması və ölkənin bərpası üçün əlindən gələni etməyə hazırdır.