AZ

Dövlət qurumu, Publik Hüquqi Şəxs işçilər axtarır - VAKANSİYALAR

Dövlət qurumu, Publik Hüquqi Şəxs

Satış və logistika üzrə mütəxəssis

Son tarix 09 yan 2025 - [email protected]

Üstünlüklərimiz: Stabil Əmək haqqı və əlavə olaraq il ərzində bir neçə dəfə mükafat almaq imkanı.

İş yeri:       Bakı

İş şəraiti: Standart- ofis

İş rejimi:    5 günlük 09:00-18:00

Namizədə tələblər:

Təhsil: Ali təhsil;

Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il təcrübə.

Digər tələblər: 

  • Beynəlxalq Logistika haqqında biliklər (İncoterms, daşıma şərtləri və üsulları)  və gömrük qanunvericiliyi haqqında biliklər;
  • Azərbaycan dilini sərbəst bilməli, rus dili yüksək;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları; 
  • MS Office proqramlarında (xüsusilə Excel proqramı üzrə) və 1 C üzrə biliklər;
  • ERP üzrə biliklər.

Vəzifə və öhdəlikləri:

  • Logistika sahəsində xarici əlaqələri təşkil etmək;
  • Satın alınmış malların vaxtında təhvil-təslim edilməsini təşkil etmək, tələbə uyğun müəyyən etmək və qeydiyyatını aparmaq.
  • Tələb olunan ehtiyatların logistikası və həmçinin satışı ilə bağlı lazımi sənədləşmə işlərini aparmaq, məlumatları toplamaq, bazaya əlavə etmək;
  • Görülən işlər barədə hesabatı şöbə rəhbərinə təqdim etmək;
  • Logistika sənədlərinin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlamaq;
  • Nəqliyyat və gömrük sənədləri ilə iş, bütün zəruri icazələri hazırlamaq;
  • Müqavilələr, müvafiq razılaşmalar və əlavələri nəzərdən keçirmək;
  • Mövcud müştəriləri ilə mütəmadi olaraq əlaqədə olmaq, yeni tələbləri nəzarət altında saxlamaq və tələbat yarandığı zaman təklifləri hazırlamaq.

Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satış və logistika üzrə mütəxəssis” qeyd etməklə elektron poçt  ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq

 

 

Mühasib (Büdcə nəzarəti üzrə)

 Son tarix 09 yan 2025 - [email protected]

Üstünlüklərimiz: Stabil Əmək haqqı və əlavə olaraq bir neçə dəfə il ərzində mükafat almaq imkanı.

İş yeri:       Bakı

İş şəraiti: Standart- ofis

İş rejimi:    5 günlük 09:00-18:00

İş barədə qısa məlumat:

  • Şirкətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi

Namizədə tələblər:

  • Təhsil: Maliyyə və ya İqtisadiyyat sahəsində ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində ən azı 2 il təcrübə.

Digər tələblər: 

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu haqqında Azərbaycan   Respublikasının qanunu və digər normativ sənədlərləri;
  • Beynəlxalq Maliyyə Standartları üzrə biliklər;
  • Kompyuter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C, SAP arzuolunandır,);
  • Maliyyə sahəsi üzrə analitik biliklər;
  • Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
  • Office Proqramlarında işləmə bacarığı (Windows, Word, Excel və s.)

Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Büdcə nəzarəti üzrə mühasib” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq

Seçilən
39
fed.az

1Mənbələr