AZ

Britaniya Rusiya qızılının idxalına yeni qadağa qoyub

Böyük Britaniya bazar ertəsi Rusiyanın  Ukraynada xüsusi hərbi əməliyyat adı altında apardığı müharibəni maliyyələşdirmək  və korrupsiyanı dəstəkləmək üçün istifadə etdiyi qızıl ticarətinə məhdudiyyət qoymaq üçün yeni sanksiyalar tətbiq edib.  Bu barədə Britaniya hökuməti məlumat yayıb.  

Böyük Britaniya hakimiyyətinin qərarına əsasən,  qızıl qaçaqmalçılığı ilə əlaqəli olan 4 və  Rusiyadan 300 milyon dollardan çox dəyərində qızıl alışıhəyata keçirən 1 nəfərin ktivləri dondurulub.

Londondakı Rusiya səfirliyi  məsələyə şərh vermək istəməyib. 
 
Böyük Britaniya və digər iri Qərb iqtisadiyyatları, Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyat" başladandan sonra, yəni 2022-ci ildən bəri Rusiya qızılının idxalını qadağan edib.
 
N.Təbrizli

www.anews.az
phrase_var_article.chosen
26
10
anews.az

10phrase_var_article.sources