AZ

EEVZA: Millimiz Gürcüstan uduzub

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün son oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Gürcüstanla qarşılaşıb.

Dauqavpils şəhərində keçirdiyi əvvəlki 5 matçında Latviya, Ukrayna, Estoniya, Litva və Polşaya 0:3 hesabı ilə məğlub olan yığma bu dəfə də eyni uğursuzluğa düçar olub. Gürcüstan komandası hər üç setdə yığmamızdan güclü olub - 3:0 (25:11, 25:9, 25:12).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
6
ikisahil.az

10Mənbələr