AZ

Suriyada hicab məcburiyyəti ləğv edildi

Suriya silahlı müxalifətinin komandanlığı qadınları hicab taxmağa məcbur etməyə qadağa qoyub.

“Qafqazinfo” xəbər veirr ki, bu barədə “Al-Watan” qəzeti yazır.

“Ali Komandanlıq qadınları müəyyən paltarlar geyinməyə məcbur etməyi və ya onların geyim seçmək hüququna müdaxilə etməyi və ya zahiri görkəmi ilə bağlı tələblər irəli sürməyi qəti şəkildə qadağan edir”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qruplaşmaları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də onlar bir neçə böyük şəhəri (Hələb, Həma, Dəraa və Homs) ələ keçiriblər, dekabrın 8-də Dəməşqə daxil olublar, Suriya hökumət qüvvələrinin bölmələri şəhəri tərk ediblər. Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali respublikada hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə hazır olduğunu bildirib.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edib ki, Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib.

Seçilən
54
4
qafqazinfo.az

5Mənbələr