AZ

Uşaqlara vegetarianlığı öyrətmək lazımdırmı?

Dünya sakinlərinin 10%-ə qədəri özünü vegetarian hesab edir. Bu seçimlər böyüklərin və uşaqların sağlamlığına necə təsir edir? Doktor Aleksandr Myasnikov “Rossiya 1” telekanalında yayımlanan müəllif şousunda bu haqda danışıb.

Həkim bu fenomenin tam fəlsəfi dərinliyini dərk etməyən uşaqları vegetarian qadağalarına məruz qoymamağa çağırıb. "Vegeterian olmaq təkcə ət yeməmək demək deyil. Heyvanları yeməmək, onlara əziyyət verməmək deməkdir" ,-deyə həkim xatırladıb.

“Uşaqlar çox vaxt kor-koranə əsas vitaminlər, mikroelementlər və amin turşuları mənbəyindən məhrum olurlar. Ancaq məsələn, B12 vitamini yalnız ətdə olur. Həmçinin, ət, yumurta və süddən imtina sink, D vitamini və böyüməkdə olan bədən üçün lazım olan digər faydalı maddələrin çatışmazlığına səbəb ola bilər”,-deyə Aleksandr Myasnikov bildirib.

Nubar Süleymanova, “İki sahil”

phrase_var_article.chosen
41
ikisahil.az

1phrase_var_article.sources