AZ

İTV-nin aparıcısı oğlunun üzü açıq fotolarını paylaşdı

“İctimai” televiziyanın xəbər aparıcısı Nərmin Salmanova övladı Rafael ilə bağlı paylaşım edib.

OLAY yazır ki, televiziya ulduzu instaqram səhifəsində həyat yoldaşı Arif Saıahov və övladı ilə birgə çəkilən fotolarını yayımlayaraq, körpəsinin 3 ayı tamam olduğunu yazıb.

“Və bu da bizim körpəmiz. Bu gün 3 ayımız tamam olur. Dedim, Rafael bəyi sizinlə tanış edim.3 ay əvvəl macəra dolu yeni bir həyatımız başladı. Gözəl, ağılı, şən balamız dünyamızı yeni rənglərə boyadı. İlk günlərdə o qədər narahat, həyəcanlı idim ki… Amma tez bir zamanda bir-birimizə alışdıq.
Rafael çox aktiv, yaşından çox irəli gedən körpə imiş. 2-ci həftəsində artıq yana çevrilirdi, 6-cı həftəsində qarından arxaya dönməsi ilə məni qorxuya saldı. Elə bildim, tonus çoxluğu var, yox imiş. Ay yarımlıq idi, amma körpələrin təxminən 3 aylığından təkrarlaya bildiyi ilk “söz” olan “aqu”nu artıq deməyi bacarırdı. Yemək və yatmaqla çox da arası yoxdur, bu enerjini bu uşaq haradan alır, hələ baş açmamışam. İlk gündən əmziklə arası olmadı, əslində, məncə o, yalnız böyüklərin rahatlığı üçündür, körpənin isə ağzını məşğul edərək dil açmasına əngəl olur. Mən də əmzik götürməmişəm və anamın dediyinə görə, yaş yarım olarkən üç yaşlı kimi danışırdım. Rafaelin tezliklə dil açması, onunla söhbət etmək üçün elə səbirsizlənirəm ki. Tez və sağlam böyü, oğlum! Səni çox sevirik!”, - deyə Nərmin vurğulayıb.

Diqqət çəkən məqam isə N.Salmanovanın paylaşdığı şəkillərdə övladının üzünü açıq göstərməsi olub.

Qeyd edək ki, N.Salmanova və A.Salahov cütlüyü 2 il əvvəl oktyabrın 30-da ailə qurub. Nərmin ötən il “Avroviziya” bəynəlxalq mahnı müsabiqəsində səsləri elan etməli olsa da, yarışmadan qaynaqlanan səbəblərdən aparıcının çıxışı mümkün olmamışdı.

Seçilən
28
olay.az

1Mənbələr