Sumqayıtda 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Sülh və Koroğlu prospketlərinin kəsişməsində qeydə alınıb.
Polis mayoru Orxan Bağırlı idarə etdiyi “Mercedes” markalı avtomobillə piyadalar, şəhər sakinləri, 1961-ci il təvəllüdlü Gülxanım Əliyeva və 1968-ci il təvəllüdlü Yeganə Məmmədovanı vurub.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Orxan Bağırlı Sumqayıt Şəhər Polis İdarəsində işləyir.
Faktla bağlı araşdırma aparılır.
(teleqraf.com)