AZ

Netanyahunun məhkəməsi olacaq - "Bu günü 8 il gözləmişəm"

Hurriyyet.az "Vzqlyad.ru" portalına istinadla xəbər verir ki, bu gün İsrailin Baş naziri Binyamin Netanyahu ilk dəfə məhkəmə qarşısında ittihamlara cavab verıcık. Onu rüşvətxorluq, etimaddan sui-istifadə və dələduzluqda ittham edirlər.

Netanyahuya qarşı təhqiqat 2016-cı ilin dekabrında başlanıb. Ona qarşı ümumilikdə 3 iş qaldırılıb. 

Birinci ittihamda prodyuser Arnon Milçen ilə milyarder Ceyms Pakerdən 196 min dollar məbləğində bahalı hədiyyələr alınmasından söhbət gedir.

İkinci işdə "Yediot Axronot" qəzetinin sahibi Arnon Mozes ilə əlbir olmaqda ittiham irəli sürülüb.

Üçüncü ittiham isə "Walla" internet resursunda müsbət işıqlandırma müqabilində "Bezek" telekommunikasiya qrupunun maraqlarının lobbiçiliyi ilə bağlıdır.

Rüşvətə görə, 10 il, etimaddan sui-istifadə və dələduzluğa görə isə 3 ilə qədər həbs cəzası verilə bilər.

Baş nazir ona qarşı ittihamları məhkəmədə puça çıxarmaq üçün 8 il gözlədiyini bildirib.

Hürr Tərcüman

 

Seçilən
4
1
hurriyyet.az

2Mənbələr