AZ

Çin lideri ticarət müharibəsi istəmir: Bunun qalibi ola bilməz...

Ticarət, texnologiya və tarif müharibələrinin qalibləri ola bilməz...

Poliqon Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bu sözləri Çin lideri Si Tsinpin deyib.

Dekabrın 10-da dövlət başçısının "1+10" formatında iclası olub. İqtisadi inkişafın əsas müzakirə mövzusu olduğu tədbirdə 10 beynəlxalq iqtisadi təşkilatın rəhbərləri iştirak edib.

"Tarif müharibələri, ticarət müharibələri və texnologiya müharibələri tarixi tendensiyalara və iqtisadi qanunlara ziddir və qaliblər olmayacaq", deyə Çin sədri vurğulayıb.

Jurnalistlərin məlumatına görə, görüş zamanı Si Tsinpin Amerika hökumətilə əlaqələrin gücləndirilməsi ilə bağlı Çin hakimiyyətinin mövqeyini ətraflı şəkildə açıqlayıb. Xüsusilə o, Pekinin Vaşinqtonla dialoqu davam etdirməyə və əməkdaşlığı genişləndirməyə hazır olduğunu açıqlayıb.

Dövlət başçısı qeyd edib ki, Çin ABŞ ilə əlaqələrin sağlam istiqamətdə inkişafına kömək etməyi planlaşdırır.

Eyni zamanda o, xəbərdarlıq edib ki, lazım gələrsə, Çin rəhbərliyi ölkənin suverenliyini qoruyacaq və maraqlarını müdafiə edəcək.

Poliqon.info

phrase_var_article.chosen
43
poliqon.info

1phrase_var_article.sources