AZ

Narışkin: "Ukrayna Silahlı Qüvvələri dağılmaq ərəfəsindədir"

Bu fikirləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin deyib.
SVR rəhbəri bildirib ki, cəbhədəki mövcud vəziyyət Kiyevin xeyrinə deyil. Bütün sektorlarda strateji təşəbbüs Rusiya ordusunun əlindədir.

“Ukrayna Silahlı Qüvvələrinin dağılmaq ərəfəsində olduğu, Zelenski rejiminin öz legitimliyini və nəticədə danışıqlar aparmaq qabiliyyətini tamamilə itirdiyi bir vaxtda biz məqsədlərimizə çatmağa yaxınıq”, – Narışkin Rusiyanın "Razvedçik" jurnalına açıqlamasında bildirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev

Mənbə: azvision.az

Seçilən
36
azvision.az

1Mənbələr