AZ

“Gürcüstanda gedən mübarizə Qafqazların ələ keçirilməsi uğrundadır”

“Qonşu Gürcüstanda parlament seçkilərindən sonra hakimiyyəti zorla dəyişmək istəyən Qərb dövlətləri küçə və meydan döyüşlərindən sonra silahlı toqquşmalara zəmin hazırlayır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanda gedən geosiyasi mübarizə yalnız bir ölkə deyil, Qafqazların ələ keçirilməsi uğrundadır: “Unutmayaq ki, xarici ticarətimizin 14 milyard dollardan çoxu Tbilisi üzərindən aparılır. Bakı-Supsadan Cənub Qaz dəhlizinə qədər strateji layihələri, 300 mindən çox azərbaycanlının taleyini, 4 milyard dollardan çox sərmayemizi, Türkiyə-Gürcüstan-Azərbaycan üçlüyünü nəzərə aldıqda geosiyasi döyüşlərin Bakı və Ankaranın birgə maraqlarına zərbə vurduğunu demək olar.

Göründüyü kimi, Qarabağ Zəfəri ilə təhlükəsizliyini və beynəlxalq mövqeyini gücləndirən Azərbaycanın əhatə olunduğu regionda qeyri-sabitlikdir, vətəndaş toqquşmaları və silahlı qarşıdurmalardır. Xalqımız uzun illər geosiyasi müharibələrdən əziyyət çəkdiyi üçün qazandığı tarixi qələbənin, böyük qayıdışın və yeni vətən quruculuğunun qədrini bilir. Yerləşdiyimiz bölgədə təhlükələrdən qorunmağın yalnız bir alternativsiz yolu var. 

Azərbaycan Prezidenti İlham Əliyev beynəlmiləl toqquşmaların poliqonuna çevrilməmək üçün ölkəmizi nə Qərbin, nə də qonşuların forpostuna çevirib, Brüssel və ya Strasburqdan, yaxud şimal və cənubdan gələn birtərəfli əmrlərdən qorunan müstəqil dövlət qurub, hakimiyyəti zorla dəyişmək planlarını iflasa uğradıb”.

Nuranə Daxilqızı

Seçilən
13
2
qafqazinfo.az

3Mənbələr